Yaponiya və Ukrayna infrastrukturun bərpasına dair memorandum imzalayıblar

Yaponiya və Ukrayna infrastrukturun bərpası barədə əməkdaşlıq memorandumu imzalayıblar.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Yenidənqurma İdarəsinin saytında məlumat yayılıb.

Müqaviləyə görə,, Ukrayna 2011-ci il zəlzələsi və sunamidən sonra yapon mütəxəssislərinin əldə etdikləri təcrübədən yararlanacaq.

Sənəd, həmçinin mənzillərin yenidən qurulması, su təchizatı, kanalizasiya və nəqliyyat infrastrukturunun bərpası, habelə məktəblərin inkişafı sahəsində təcrübə mübadiləsini nəzərdə tutur.

Yaponiya hökuməti indiyə kimi Ukraynaya ümumilikdə 7,6 milyard dollar dəyərində humanitar, ərzaq, maliyyə və digər yardım növləri göstərib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir