ABŞ dövlət katibi Entoni Blinken Çinin xarici işlər naziri Tsin Qanqla görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Blinken “Twitter”də bildirib.
Blinkenin sözlərinə əsasən, görüş əsnasında açıq kommunikasiya kanalları vasitəsilə iki ölkə arasında münasibətlərin məsuliyyətlə idarə olunması müzakirə olunub.
Qeyd edək ki, görüş Blinkenin Pekinə səfəri çərçivəsində baş tutub.
Azinformasiya.az