Azərbaycan XİN Uqandadakı terror aktı ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Uqandadakı terror aktını qınayıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə XİN-in “Tvitter” səhifəsində paylaşım yer alıb.

“Uqandada məktəbə terror hücumunu şiddətlə qınayırıq. Tələbələrin həyatını itirməsindən dərin kədər hissi keçirir, həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir