Bakıda 19 yaşlı sürücü piyadanı vuraraq öldürüb.
Azinformasiya.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Hüseynov Cafar Faiq oğlu “Hyundai İX 35” markalı avtomobillə Xəzər rayonu, Zaqulba prospektində mərkəz istiqamətində hərəkətdə olarkən piyada 1964-cü il təvəllüdlü, Bakı şəhər sakini Cabarova Şahsənəm Əli qızını vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az