“Leopard”lar yanır, F-16 lar da yanacaq. Buna heç kimin şübhəsi olmasın.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.
NATO-nun Ukrayna müharibəsində iştirakı ilə bağlı sualı cavablandıran Rusiya lideri şimal alyansının münaqişəyə cəlb olunduğunu deyib.
“Ukraynaya “Leopord” tankları verilib. “Leopord”lar yanır, dünən də yanmışdı. F-16-lar da yanacaq. Buna heç kəsin şübhəsi olmasın. Əgər F-16 təyyarələri Ukrayna hüdudlarından kənarda yerləşən hava bazalarında yerləşdiriləcəksə, ancaq döyüş əməliyyatlarında istifadə olunacaqsa, biz onları necə vuracağımıza baxacağıq. Bu, NATO-nu münaqişəyə cəlb etmək üçün ciddi təhlükədir”, deyə Putin diqqətə çatdırıb.
Azinformasiya.az