Rusiya Prezidenti Vladimir Putin Moskvada dövlət səfərində olan Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdülməcid Tebbun ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, Kremldə keçirilən danışıqlarda müxtəlif sahələrdə strateji Rusiya-Əlcəzair əməkdaşlığının inkişaf etdirilməsi məsələləri, eyni zamanda beynəlxalq gündəliyin aktual mövzuları, habelə Yaxın Şərq və Şimali Afrika regionunda vəziyyət müzakirə edilib.
Böyük Kreml Sarayının Georgi zalında keçirilən rəsmi görüş mərasimindən sonra iki ölkə başçıları arasında söhbət baş tutub.
Daha sonra beynəlxalq məsləhətləşmələr geniş tərkibdə davam etdirilib.
Azinformasiya.az