Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti “Twitter” hesabında paylaşım edib.
“Qardaşımız, can dostumuz, qədim yol yoldaşımız olan Azərbaycanı 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salamlarını və sevgilərini çatdırıram”, – paylaşımda qeyd olunub.
Azinformasiya.az