Stoltenberq: Biz sülh istəyiriksə, Ukraynaya hərbi dəstəyi təmin etməliyik

“Biz Prezident Putinin və Rusiyanın sülhə hazırlaşması və ya real müzakirələrə başlaması ilə bağlı hər hansı işarə, siqnal görmürük”.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə söyləyib.

“Həmçinin Ukrayna bu əks-hücumla döyüş meydanında nə qədər çox qazanarsa, bu onun masada əlini daha da gücləndirəcək. Biz hesab edirik ki, Ukrayna qüvvələri uğur qazandıqca Prezident Putin anlayacaq ki, o, qalib gələ bilməyəcək və nəticədə müzakirə masasına oturacaq. Lakin bunun necə və nə vaxt baş verəcəyini heç kim dəqiqliklə deyə bilməz. Bizim tək bildiyimiz odur ki, ədalətli və davamlı sülh istəyiriksə, Ukraynaya hərbi dəstəyi təmin etməliyik. Bu, Ukraynanın öz torpaqlarını azad etməsi və Moskvaya onun bu müharibədə qələbə qazana bilməyəcəyi barədə güclü siqnal göndərməsinin yeganə yoludur”, -Nato Baş katibi diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir