Ərdoğan: Vilnüs sammitində Türkiyənin İsveçin NATO-ya üzvlüyü üçün qərar verməsi gözlənilmir

Vilnüsdə keçiriləcək NATO Zirvəsi çərçivəsində Türkiyənin İsveçin alyansa daxil olması ilə bağlı qərar verməsi gözlənilmir.

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərinin nəticələrinə dair jurnalistlərə müsahibəsində söyləyib.

O qeyd edib ki, Türkiyənin bu məsələ ilə mövqeyi dəyişməyib, Ankara Stokholmdan tam şəkildə terrorla mübarizə aparmağı tələb edir?

“Ümid edirəm ki, qeyri-adi bir hadisə baş verməsə, bu Zirvədə iştirak edəcəyəm. İsveçin bu gözləntiləri bizim buna əməl edəcəyimiz mənasına gəlmir. Bu gözləntilərə əməl etməyimiz üçün ilk növbədə İsveç üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.

Türkiyə dövlət başçısı bu yaxınlarda NATO-nun Baş katibi Yens Stoltenberqin İstanbula səfərini xatırladıb. Ərdoğan vurğulayıb ki, o, Stoltenberqə İsveçin gözləntilərinə cavab verilməsi üçün, ilk növbədə ölkənin ərazisində terror təşkilatının fəaliyyətinə son qoymalı olduğunu söyləyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir