Astanada Rusiya-Türkiyə-Suriya-İran dördtərəfli görüşü keçiriləcək

Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü iyunun 21-də Astanada keçiriləcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

“Rusiyanın böyük nümayəndə heyəti Astanaya yollanır. İyunun 21-də Rusiya Federasiyası, İran, Türkiyə, Suriya xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş olacaq”, – deyə o diqqətə çatdırıb.

Qeyd edək ki, mayın 10-da Moskvada Suriyanın sülh nizamlanması ilə bağlı xarici işlər nazirləri səviyyəsində dördtərəfli görüş keçirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir