Əfqanıstanda daşqınlar nəticəsində 6 nəfər ölüb, tələfat var

Əfqanıstanın 7 vilayətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, daşqınlar səbəbindən 30 ev zədələnib və ya tamamilə dağılıb, 7 körpü uçub, 832 heyvan tələf olub, bir sıra kənd təsərrüfatı sahələrinə ziyan dəyib.

Kəskin hava şəraitinin nə qədər davam edəcəyi naməlumdur. Daşqınlar daha çox ölkənin şərqi, şimal-şərq və mərkəzi vilayətlərində baş verib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir