Ermənistan Baş naziri Nikol Paşinyan mayın 22-də Kişinyovda keçirilən dördtərəfli görüşdən sonra Qarabağı birmənalı olaraq Azərbaycanın suveren ərazisi kimi tanıdığını açıqlayıb.
Azinformasiya.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində (AP) Azərbaycan-Ermənistan əlaqələri ilə bağlı keçirilən dinləmədə söyləyib.
“Hər iki tərəf konkret şərtlərlə ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyıb və Ermənistan ilk dəfə olaraq Qarabağı Azərbaycan ərazisi kimi daxil edib. Lakin yekun nəticə nə olacaq, mən deyə bilmərəm”, – diplomat vurğulayıb.
Borrell, həmçinin Ermənistan Baş nazirinin dördtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında Qarabağın Azərbaycanın suveren ərazisi kimi tanıdığını birmənalı şəkildə ifadə etdiyini və onun bu mənada bu cür açıqlama verən ilk Ermənistan lideri olduğunu vurğulayıb.
Azinformasiya.az