Borrell: Aİ Cənubi Qafqazda sülhün əldə edilməsinə yardım etməkdə maraqlıdır

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionuna sadiqdir və digər geosiyasi aktorlardan fərqli olaraq, bizim gizli gündəliyimiz yoxdur.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində Azərbaycan-Ermənistan əlaqələri, Qarabağda və Laçın yolundakı vəziyyətlə bağlı keçirilən dinləmədə söyləyib.

“Aİ regiondakı bütün xalqlar üçün sülh quruculuğunda və sülhün əldə edilməsinə yardım etməkdə maraqlıdır. Biz bunu necə edirik – əvvəl də dediyim kimi, humanitar yardım missiyası vasitəsilə, hazırda da davam edən müzakirələr vasitəsilə, müharibədən ciddi təsirlənmiş regionlarda minaların təmizlənməsi vasitəsilə, münaqişə riskini azaltmağa çalışaraq edirik”, – o vurğulayıb.

Borrell, həmçinin qeyd edib ki, bütün bunlar üçün bölgədə gündəlik təmsil olunmaq tələb olunur. Bundan başqa, Borrell vurğulayıb ki, humanitar yardım, minasızlaşdırma fəaliyyətləri, itkin düşənlərin axtarışı və saxlanılanların azadlığa buraxılması istiqamətində iş aparılmasa, vəziyyət olduğundan daha pis ola bilər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir