Prezident: Növbəti illərdə Türkiyə ilə dostluğumuz və qardaşlığımız hər zaman olduğu kimi, yüksək səviyyədə olacaq

Növbəti illərdə dostluğumuz və qardaşlığımız hər zaman olduğu kimi, yüksək səviyyədə olacaqdır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla geniştərkibli görüş zamanı deyib.

“Bu gün biz sizinlə artıq baş-başa görüş əsnasında bir çox məsələləri müzakirə etdik. İndi heyətlər çərçivəsində də bunun davamı olacaq. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı beynəlxalq faktordur. Sabitlik, inkişaf və təhlükəsizlik faktorudur”, – dövlət başçısı qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir