Yenidən prezident seçiləndən sonra ənənəvi olaraq Şimali Kiprə, daha sonra isə Azərbaycana səfər etdik.
Azinformasiya.az xəbər verir ki, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdə bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə-Azərbaycan qardaşlığı dünyada qibtə ilə izlənilir: “Bunu Türkiyədə zəlzələ zamanı da gördük. Azərbaycan heyətləri dərhal zəlzələ bölgəsinə gəldi. Ürəyi Türkiyə ilə döyünən hər bir azərbaycanlıya minnətdaram”.
Azinformasiya.az