Rusiya qüvvələri Krivoy Roqda yaşayış binasını vurub, ölənlər var

Rusiya qüvvələrinin Ukraynanın Krivoy Roq şəhərində beşmərtəbəli binanı vurması nəticəsində 25 sakin yaralanıb, ölənlər var.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul “Telegram” hesabında bildirib.

Onun sözlərinə əsasən, hücum nəticəsində 6 mülki şəxs ölüb. Oleksandr Vikul axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Dnepropetrovsk regionunun rəhbəri Serhiy Lısak isə qeyd edib ki, Rusiya qüvvələrinin hücumda istifadə etdiyi qanadlı raketlərdən 3-ü Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, digərləri mülki obyektlərə, xüsusilə də beş mərtəbəli binaya düşüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir