Qırğızıstan yeni müdafiə doktrinasını hazırlayır.
Azinformasiya.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin Təhlükəsizlik Şurasının Bişkekdə bu gün səhər keçirilən iclasında söyləyib.
Japarov bu sənədin vacibliyini dünyada baş verən dəyişikliklər, habelə bəzi dövlətlərin tətbiq etdiyi iqtisadi sanksiyalarla izah edib: “Bu doktrina mənim şəxsi nəzarətim altında hazırlanacaq. Yeni doktrinanın qəbulu respublikanı xarici təhlükələrdən önəmli dərəcədə qoruyacaq”, – deyə Qırğızıstan dövlət başçısı bildirib.
Japarov, həmçinin qeyd edib ki, Mərkəzi Asiya regionunda suyun istifadəsi məsələsi vacib faktor olaraq qalır.
Azinformasiya.az