Şimali Kipr Türk Respublikasının (ŞKTC) Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alması bizi sevindirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.
Bundan başqa, o qeyd edib ki, Türkiyə ŞKTC üçün qarant ölkədir.
Onun sözlərinə görə, Kipr adasında iki millət və iki dövlət var, bu səbəblə də, iki dövlət arasında problemlərin həlli üçün ortaq komitənin qurulması lazımdır.
Azinformasiya.az