Kipr adasında müzakirə masasına dönüşün yolu Şimali Kipr Türk Respublikasının suverenliyindən keçir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikası Prezidenti Ersin Tatarla birgə mətbuat konfransı zamanı bildirib.
Ərdoğan Türkiyə Kipr məsələsində hər zaman dialoqun tərəfdarı olduğunu diqqətə çatdırıb: “Mənasız silahlanma tərəfdarı olanlar bu təşəbbüsün risklərini başa düşməlidirlər. Şimali Kiprdəki türk qardaşlarımızın təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi qiymətləndiririk”.
Azinformasiya.az