Naxçıvanda yol qəzasında şəhid ailəsinin üzvləri xəsarət alıb

Naxçıvanın Babək rayonunda yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə bu gün Babək rayon Badaşqan kəndi ərazisində baş verib. Qəza nəticəsində Babək rayon Yarımca kənd sakinləri 1977-ci il təvəllüdlü Vəliyeva Kifayət Musa qızı, 1977-ci il təvəllüdlü Zehirova Mahirə Rza qızı, 1967-ci il təvəllüdlü Vəliyeva Mahirə Rza qızı və 2019-cu il təvəllüdlü Vəlizadə Fərid İbrahim oğlu xəsarət alıblar. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən xəsarət alanların vəziyyətləri stabildir.

Məlumata əsasən, xəsarət alan Fərid Vəlizadə Vətən müharibəsi şəhidi İbrahim Vəlizadənin oğlu, Kifayət Vəliyeva şəhidin anasıdır.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir