Ankarada raket və partlayıcı maddə müəssisəsində partlayış baş verib, ölənlər var

Ankarada Elmadağ səmtində yerləşən raket və partlayıcı maddə istehsalı müəssisəsində partlayış olub.

 

Azinformasiya.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Ankara valisi Vasip Şahin məlumat verib.

Onun sözlərinə əsasən, hadisə yerli vaxtla saat 08:45-də kimyəvi proses zamanı baş verib və 5 işçi həyatını itirib.

Vali qeyd edib ki, faktla bağlı istintaq başladılıb.

“Dağıntılar altında qalan hər kəs çıxarılıb, xəsarət alan olmayıb” – deyə o bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir