Naxçıvan sakini özünü öldürməyə cəhd edib.
Azinformasiya.az xəbər verir ki, hadisə dünən Naxçıvan şəhərinin Xətai məhəlləsində baş verib.
Naxçıvan şəhər sakini, 1979-cu il təvəllüdlü Zeynalov Fərid Abbas oğlu hər iki biləyini doğrayıb. Təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilən və biləklərinə tikiş qoyulan F. Zeynalovun vəziyyəti sabit qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az