Slovakiyada növbədənkənar parlament seçkilərinin tarixi rəsmi olaraq 30 sentyabra təyin edilib.
Azinformasiya.az xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti məlumat yayıb.
“Parlamentə seçkilər şənbə günü, 30 sentyabrda keçiriləcək. Bu rəsmi qərarı bu gün parlamentin spikeri Boris Kollar verib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Slovakiyada seçki tarixinin qanuni məcəllədə dərc edildiyi gün seçki kampaniyası rəsmən açıq elan edilir.
Seçkiqabağı kampaniya seçki gününə 48 saat qalmış sonlanmalıdır və iştirak etmək istəyən partiyalar kampaniyaya 3 milyon avroya kimi vəsait xərcləyə bilərlər.
Azinformasiya.az