Tunisdə hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Tunisə aid hərbi helikopter ölkənin şimalında Serrat burnu yaxınlığında qəzaya uğrayıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Tunisin Müdafiə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Qeyd olunub ki, çərşənbə günü axşam əlaqə kəsilən helikopter patrul missiyasını yerinə yetirərkən dənizə düşüb. Təyyarədə dörd ekipaj üzvü olub.

Axtarış qrupları hadisə yerindədir. Bu günə kimi sudan ölən iki nəfərin cəsədi, eyni zamanda helikopterin qalıqları çıxarılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir