“Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilən “Tarixi və mədəni irsin təbliği” layihəsi yekunlaşdırılmışdır. Layihə çərçivəsində 90 nəfər şəhid və qazi ailələri Şuşa şəhərinə ekskursiyalar keçirilib.
Ekskursiya iştirakçıları Şuşa şəhərində ilk öncə Gövhərağa məscidində şəhidlərimizin ruhuna dualar oxudular. Sonra dahi şairimiz Vaqifin məqbərəsi ziyarət edildi. Cıdır düzünə qalxan iştirakçılar igidlərimizin qanı, canı bahasına başa gəlmiş Şuşa şəhərinin azad olunması nə qədər yüksəkliyə qalxmaları heyrətləndirdi və qururlandırırdı. Şəhid anaları övladlarının şəhid olduğu yerlərə gül ləçəkləri səpdilər. Yolun nə qədər ağır olmasına baxmayaraq iştirakçılar Şuşa səhərində gedən bərpa işlərilə yaxından tanış olmaq üçün Qoşa Qala tarixi kompleksinə yollandılar. Yolda bulaqların buz kimi suyundan içdilər. Erməni vandalizminin qurbanlarından olan dəmir parçası kimi satılmış Bülbülün, Xurşud Banu Natəvanın və Üzeyir Hacıbəyovun dəmir büstləri Ulu Öndər Heydər Əliyev tərəfindən 1993cü ildə geri alınaraq Bakıya, 2021ci ildə isə Ali Baş Komandanımız İlham Əliyevin sərəncəmı ilə öz yerlərinə Şuşa şəhərinə qaytarılmışdır. İştirakçılar bu büstləri böyük fəxarət hissi ilə seyr edirdilər.
Səfər iştirakcıları aldıqları və gördükləri məlumatlardan məmnun şəkildə sosial hesablarında paylaşaraq Bakıya geri dönüblər.
Azinformasiya.az