Ter-Petrosyan Rusiya səfiri ilə görüşüb

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinlə görüşüb.

 

Azinformasiya.az “armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat verib.

Levon Ter-Petrosyanın təşəbbüsü ilə baş tutan görüşün onun şəxsi evində keçirildiyi bildirilib.

Tərəflər görüş əsnasında demək olar ki, Ermənistan ictimaiyyətini narahat edən bütün məsələlər haqqında müzakirələr aparıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir