Manilov: Bakıdakı iclasda Ermənistan tərəfi iştirak etdi, Ermənistandakı iclasda da Azərbaycan tərəfinin iştirak edəcəyinə ümidvarıq

Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi dəstəklənməli və sülhə müvəffəq olmaq üçün səylər göstərilməlidir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov jurnalistlərə bildirib.

“Perspektivlər həmişə var və siz hər zaman buna can atmalısınız. Bu günə kimi uğurlu alınıb. O qeyd edib ki, bugünkü görüşdə Ermənistanın sərhəd idarəsi də iştirak edib. Ümid edirəm ki, Ermənistanda keçiriləcək görüşdə Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək”, – o bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir