Berlində Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Berlində Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında illik siyasi məsləhətləşmələr keçirilib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Departamentinin direktoru Matthias Lüttenberq “Twitter”də bildirib.

“Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfova tərəfdaşlıq, səmimiyyət və qarşılıqlı hörmət əsasında hərtərəfli dialoqun aparılmasına görə təşəkkür edirəm. Almaniya stabil Cənubi Qafqaz üçün fəaliyyətini davam etdirəcək!”, – Lüttenberq qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir