Şahbuz rayonunda gənc oğlan özünü yandırıb.
Azinformasiya.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Şahbuz yolunda baş verib. Belə ki, Şahbuz rayon Sahbuzkənd sakini, 1999-cu il təvəllüdlü Məmmədov Sahil Talıb oğlu özünü yandırıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az