Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə telefonla danışıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, Ərdoğan danışıq əsnasında Kaxovka bəndində baş verən partlayışın geniş şəkildə araşdırılması məqsədilə Rusiya, Ukrayna, o cümlədən BMT və Türkiyə ekspertlərinin iştirakı ilə komissiyanın yaradıla biləcəyini bildirib.
Azinformasiya.az