Binə qəsəbəsində kanalizasiya problemi xoşagəlməz ab-hava yaradıb

Binə bələdiyyəsi haraya baxır?

Paytaxtın Binə qəsəbəsi İlqar Əhmədov küçəsində kanalizasiya problemi səngimək bilmir. Sözügedən küçədə kanalizasiya problemindən əziyyət çəkən insanlar bu vəziyyətdən təngə gəliblər.

Belə ki, Binə qəsəbəsi İlham Əhmədov küçəsində yollar kanalizasiya suları ilə əhatələnib. Bu da sakinlərin hərəkətinə maneçilik törədir. İnsanlar normal şəkildə işlərinə, evlərinə gedib gələ bilmirlər. Uşaqlar, məktəblilər bağçaya, məktəbə gedərkən çox əziyyət çəkirlər.
Bu məsələ təkcə insanların fiziki hərəkəti üçün deyil, eyni zamanda gigiyenik cəhətdən sağlamlığı üçün də mənfi şərait yaradır. Sözügedən vəziyyət birbaşa xəstəlik mənbəyidir. Gigiyenanın yoxluğu müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.

Bundan başqa, bəhs etdiyimiz Binə qəsəbəsi İlham Əhmədov küçəsində asfalt yoxdur, yollar çox bərbad vəziyyətdədir. Asfaltın olmaması və kanalizasiya problemi iki ayrı acınacaqlı vəziyyətdir. Bunlar birləşəndə iki qat dözülməz vəziyyət yaranır. Bu da iki qat orada yaşayan insanlar üçün maneçilik törədir.

Bu acınacaqlı vəziyyətin aradan qaldırılması üçün aidiyyatı qurumlar mütləq tədbir görməlidir. Ümid edirik ki, qısa zamanda sözügedən problem həllini tapacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir