Dövlət Departamenti: ABŞ Azərbaycanla Ermənistan arasında danışıqlardan məmnundur

Tərəflər Cənubi Qafqaz regionu üçün dinc gələcək naminə işləməyə davam edərkən biz bu ay Vaşinqtonda danışıqların növbəti mərhələsinə ev sahibliyi etməyi səbirsizliklə gözləyirik.

 

Azinformasiya.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel brifinqdə söyləyib.

“Əvvəllər də qeyd etdiyim kimi, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə müvəffəq olmaq üçün açardır. ABŞ liderlərin son görüşü də daxil olmaqla Azərbaycanla Ermənistan arasında danışıqların müxtəlif platformalarda getməsindən məmnundur”, – ABŞ Dövlət Departamentinin rəsmisi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir