Ermənistan XİN Mirzoyan-Ceyhun Bayramov danışıqları barədə açıqlama yayıb

Ermənistan və Azərbaycan xarici işlər nazirləri münasibətlərin bərpası və sülh müqaviləsinin bağlanması barədə danışıqları davam etdirəcəklər.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “Armenpress”ə bildirib.

Onun sözlərinə əsasən, danışıqların növbəti mərhələsinin ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.

XİN rəsmisi qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar iyunun 12-nə planlaşdırılıb.

“Digər detalları əlavə olaraq bildirəcəyik”, – XİN nümayəndəsi diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir