Mirzoyan: Sərhədlərin delimitasiyası üçün hansı xəritədən istifadə edilməsinə dair yekun razılaşma yoxdur

Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üçün hansı xəritədən istifadə edilməsinə dair yekun razılaşma yoxdur.

 

Azinformasiya.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində söyləyib.

Bununla belə o, tərəflərin bu istiqamətdə işləri keçən ilin oktyabrında Praqa görüşündə razılaşdırılmış Alma-Ata Bəyannaməsinə uyğun şəkildə aparılması öhdəliklərinin olduğunu qeyd edib.

Qeyd edək ki, Alma-Ata bəyannaməsinə əsasən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycanın ərazisi kimi təsdiqlənib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir