Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda yaralı var

Türkiyədə Mersin bölgəsinin Anamur rayonunda yağıntı və duman səbəbindən idarəetmədən çıxan sərnişin avtobusu aşıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

İlkin məlumata əsasən, qəza nəticəsində çoxlu sayda insan xəsarət alıb.

Qəza səhər saatlarında Anamur-Gazipaşa avtomobil yolunun Uçarı-Kaledran məntəqəsində qeydə alınıb. Antalya istiqamətində hərəkət edən Kamil Qoç firmasına məxsus 16 ASR 690 nömrəli sərnişin avtobusu yağıntı və duman səbəbindən idarəetmədən çıxaraq dağ yamacına açıb. Bölgəyə xeyli sayda sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edilib. Çoxlu yaralıların olduğu bildirilir. Yaralılar avtomobildən çıxarılaraq xəstəxanalara aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir