Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Çinin müdafiə naziri Li Şanqfu ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi “Twitter”də bildirib.
“Çinin müdafiə naziri Li Şanqfu ilə Rusiyanın Ukraynaya qarşı müharibəsi, Tayvan və Cənubi Çin dənizi məsələləri də daxil olmaqla ümumi strateji narahatlıqlar ilə bağlı konstruktiv müzakirə apardım.
Beynəlxalq hüquqa etimad və hörmət əsasında Aİ-Çin münasibətlərinin inkişafının davam etməsini səbirsizliklə gözləyirik”, deyə Borrel diqqətə çatdırıb.
Qeyd edək ki, tərəflər arasında görüş Sinqapurda Şanqri-La Dialoqu konfransı çərçivəsində baş tutub.
Azinformasiya.az