Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qırğızıstana işgüzar səfərə gedib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan dövlət başçısının Çolpon-Ata şəhərində keçiriləcək Mərkəzi Asiya-Avropa İttifaqının ikinci sammitində iştirak edəcəyi bildirilib.
Sammitdə Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət başçıları ilə yanaşı, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nurmuhammet Amannepesov və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak edəcək.
Azinformasiya.az