Prezident İlham Əliyev, Baş nazir Nikol Paşinyan, Fransa Prezidenti Makron və Almaniya Kansleri Olaf Şoltsla çox yaxşı görüş oldu.
Azinformasiya.az xəbər verir ki, bunu görüşdən sonra mətbuata açıqlamasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel söyləyib.
“Bizim mayda Brüsseldə toxunduğumuz bütün mövzuları müzakirə etmək imkanımız oldu. Bizim münasibətlər, təhlükəsizlik, sərhədlərin delimitasiyası və sülh sazişini müzakirə etmək imkanımız oldu. Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüş üçün çox yaxşı hazırlıq oldu. Bu, o deməkdir ki, biz çox çalışırıq və biz münasibətlərin normallaşması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik. Həmçinin bu da bəyan edildi ki, Prezident Əliyev və Baş nazir Paşinyanı, Kansler Şolts və Prezident Makronu İspaniyada keçiriləcək növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində bir daha dəvət etmək niyətindəyik. Bu, o deməkdir ki, biz əlaqələrin normallaşması istiqamətində kömək etmək, daha çox inkişaf əldə etmək üçün Aİ tərəfindən hər şeyi edəcəyik”, – Mişel bəyan edib.
Azinformasiya.az