ABŞ-ın sabiq vitse-prezidenti gələn il Prezident seçkiləri üçün namizəd olacaq

ABŞ-ın sabiq respublikaçı vitse-prezidenti Mayk Pens 2024-cü il Prezident seçkiləri üçün namizədliyini irəli sürəcək.

 

Azinformasiya.az “Reuters“ə istinadən xəbər verir ki, Pens iyunun 7-də Ayova ştatından seçki kampaniyasına başlayacaq. Nəticədə, Donald Trampın prezidentliyi dövründə onun əsas müttəfiqlərindən olmuş Pens növbəti ildəki seçkilərdə onun rəqibi kimi iştirak edəcək.
Sorğulara əsasən respublikaçılar arasında 53% Trampı, 4% isə Pensi dəstəkləyir. Bu baxımdan Pensin uğurunun Trampın dəstəkçilərini öz ətrafına toplaya bilməsindən asılı olacağı bildirilir.

Mayk Pens Trampın seçkilərdə məğlub olmasından sonra onunla münasibətlərinə məsafə qoyub. O, 2021-ci il 6 yanvar tarixində Kapitoli hücumuna görə Trampın aksiyaçıları cəsarətləndirdiyini, nəticədə özünün və ailəsinin təhlükə ilə üz-üzə qaldığını bildirib.
Pens Trampın bir çox siyasətini qəbul etsə də özünü əsasən balanslı və konsensus oriyentasiyalı alternativ kimi təqdim edir. Onun son aylarda ölkənin yevangelist kilsələrinə birbaşa müraciətlər etdiyi və bütün ölkə ərazisində böyük kilsələri ziyarət edərək nəzərəçarpan dərəcədə vaxt keçirdiyi qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir