Sabiq xarici işlər naziri Latviya Prezidenti seçilib

Latviyanın sabiq xarici işlər naziri Edqars Rinkeviçs prezident seçilib.

 

Azinformasiya.az xəbər verir ki, bu gün Latviya parlamenti ölkənin yeni prezidentini seçib.

Edqars Rinkeviçs 52 parlamentarinin dəstəyini qazanaraq ölkənin növbəti prezidenti seçilib. Digər namizəd iş adamı Uldis Pilens isə 25 səs alıb.

“Latviya Respublikasının Prezidenti seçilməkdən şərəf və qürur duyuram, Latviya xalqına yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm. Mən millət vəkillərinə göstərdikləri etimada görə minnətdarlığımı bildirirəm”, – Rinkeviçs vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir