Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 75,42%-i açılıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 53,41%-nin, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 46,59%-nin səsini qazanıb.
Azinformasiya.az