Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Azinformasiya.az xəbər verir ki, Arçil Talakvadze bu münasibətlə Tvitter hesabında paylaşım edib:
“Biz bu möhtəşəm tarixi gün münasibətilə ən xoş arzularımızı və təbriklərimizi çatdırırıq və Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzu edirik”, – deyə Arçil Talakvadze yazıb.
Azinformasiya.az