Detallara qısa olaraq baxaq.
Ermənistana gələn ABŞ Müdafiə nazirliyinin rəsmiləri və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya Federasiyasına səfəri maraqlı deyilmi? İki bir-birini məhv etməyə hazır olan əks qütblər. Tarixə qısa nəzər edək.
Qafqaz regionu dünyanın aparıcı dövlətləri üçün son 500 ildə daha mühüm maraq kəsb edib. Tariximizin son 200 ili daha amansiz, daha ədalətsizlik ilə amansız soyqrımlar ilə tamamlanıb. Ən ağrılı məqamlar bir əsirdə baş verib. Bu hadisələr əsrin əvvəlində müstəqilliyimizin itirilməsi ilə dədə baba torpalarımızın Ermənistan deyilən dövlətə bağışlanmasıdır. Bağışlanma XX əsrin sonlarında qəsbkarlıq ilə tamamlanaraq 20 faiz torpaqlarımızı itirməyimizə səbəb oldu. Bütün bu ikili yanaşma Azərbaycanın sonuna hesablansa da 1993-cü ildə Umummilli lider Heydər Əliyev və 2020-ci ildə 44 günə və 2020-2023-cü illər ərzində Azərbaycan prezidenti İlham Əliyevin əvəzzis xidmətləri ölkəmizi daha strateji məqamlara çatdırdı. Elə buna görə də Ermənistan adlanan bu dövlət bir neçə qütbündə Azərbaycanın üfüqünə hesablanmış sağalmaz ləkədir.
İndi isə gələn və gedən qonaqları təhlil edək.
Ermənistana gələn ABŞ Müdafiə Nazirliyinin rəsmiləri “Yerablur”da olub. ABŞ-ın Ermənistandakı səfirliyi “Twitter” səhifəsində “General-mayor Keyt Fillips və cənab Patrik Prayor həlak olmuş hərbiçilərin xatirəsinə hörmət əlaməti olaraq “Yerablur” hərbi Xatirə kompleksinə ziyarət edərək gül əklillərini qoyublar” – sözlərini yazıb.
Mayın 22-də Amerika səfirliyi ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinin Yerevana gəldiyini bəyan edib: “ABŞ səfirliyi Müdafiə Departamentinin general-mayoru Keyt Fillips və Patrik Prayorun Ermənistana gəlişini alqışlayıb. Səfər zamanı onlar Ermənistan hökumətinin rəsmiləri ilə görüşərək təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcəklər”.
Hansı təhlükəsizlikdən söhbət gedir?
Rusiyanın Ermənistandaki 102-ci hərbi bazasından və ya Rusiyanın çöküşünü tezləşdirəcək, Rusiyada yaşayan erməni diasporunun daxili ixtişaşlarından?
Maraqlıdır. Ancaq davam edək.
Rəsmi məlumata görə, general-mayor Keyt Fillips Müdafiə Kəşfiyyat İdarəsinin əməliyyatlar üzrə direktorudur. Əgər belədirsə onda niyə?
Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə mayın 23-25-də Moskvada keçiriləcək təhlükəsizlik məsələlərini əlaqələndirən ali nümayəndələrin 11-ci beynəlxalq iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edir. Burda Ermənistanın marağı Qarabağ iqtisadi zonasına yonəlsə də keçirtdiyi görüşlər və hərbi əməkdaşlığı Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə ziddiyyət ilə tamamlanacaq. Buna təsdiq olaraq mayın 22-də Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ Müdafiə Nazirliyinin nümayəndələri, general-mayor Keyt Fillips və Patrik Prayorun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq, eləcə də regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunması əsas arqumentimiz olur. Ermənistanın Müdafiə Nazirliyinin verdiyi məlumata görə, görüşdə ABŞ-ın Ermənistan Respublikasındakı səfiri Kristina Kuin və hərbi attaşe də iştirak edib.
Bütün bunlar Azərbaycanın suveren ərazilərində təxribatların davam etməsinə əsas verəcək faktorlardır.
Hərbi-siyasi ekspert Elmar Hüseyn
Azinformasiya.az