Lukaşenko Rusiyaya gedib

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edib.

 

Azinformasiya.az xəbər verir ki, Belarus liderinin təyyarəsi Vnukovo-2 hava limanına enib.

Lukaşenkonun fəaliyyətini işıqlandıran “Pul Pervoqo” teleqram kanalı Belarus prezidentinin artıq Moskvada olduğunu və onun gündəliyinin zəngin olduğunu açıqlayıb.

Qeyd edək ki, Moskvada ikinci Avrasiya İqtisadi Forumu keçirilir. Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin liderlərinin forumda iştirakı planlaşdırılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir