Türkiyədə zəlzələdən sonra 130 min yaşayış evi, 36 min kənd evi də daxil olmaqla, 171 mindən çox müstəqil tikintinin inşasına başlanılıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada çıxışı zamanı bildirib.
Ərdoğan, eyni zamanda qeyd edib ki, indiyə kimi zəlzələdən zərər çəkənlərə 30 milyard Türk lirəsi nağd yardım verilib.
Türkiyə lideri hakimiyyəti tərəfindən başladılan layihələrin davam etdiriləcəyini də qeyd edib.
Azinformasiya.az