“Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, dünən Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Əminəm ki, Laçın rayonu da dekabrın 1-dək Azərbaycana qaytarılacaq”.
Azinformasiya.Az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, bununla da ölkəmizin ərazi bütövlüyü təmin ediləcək:
“Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna və Azərbaycan xalqına!”