Prezident İlham Əliyev: Ərəb ölkələri ilə münasibətlər uğurla inkişaf edir

Ərəb ölkələri ilə münasibətlər uğurla və hərtərəfli inkişaf edir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən bildirib. Prezident İlham Əliyev xalqlarımızı ortaq tarixin birləşdirdiyini vurğulayıb. Dövlət başçısı İlham Əliyev keçən il Ərəb Liqasının Zirvə Toplantısına dəvət olunmasını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.

Azərbaycan Prezidenti ərəb ölkələrinin həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də Zəfərimizdən sonra Azərbaycanla həmrəy olmasını yüksək qiymətləndirib və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çoxsaylı qətnamələr qəbul olunmasının vacibliyini qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir