Moldova parlamenti MDB PA-dan çıxmaq təşəbbüsünü irəli sürüb

Moldova parlamenti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlament Assambleyasından (MDB PA) çıxmaq təşəbbüsünü irəli sürüb.

 

Azinformasiya.az xəbər verir ki, Moldova parlamentinin sədri İqor Qrosu ölkəsinin MDB PA tərkibindən çıxması prosedurunun başlanması barədə qərar qəbul etdiyini brifinq zamanı jurnalistlərə açıqlayıb.

Moldova parlamentinin spikeri MDB strukturlarını “yararsız” adlandırıb.

Qrosunun sözlərinə əsasən, bu qərarı ölkə vətəndaşları, hakim “Fəaliyyət və Həmrəylik” partiyasının nümayəndələri, habelə Moldova Prezidenti Maya Sandu ilə məsləhətləşmələrdən sonra verib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir