Rusiya ordusu yenidən Ternopola hücum edib, bağ evləri və ticarət obyektləri zədə alıb

Bazar günü səhər tezdən Rusiya ordusu Ukraynanın Ternopil bölgəsinə raket zərbəsi endirib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Vladimir Truş bildirib. Onun sözlərinə görə, bağ evləri və ticarət obyektləri zədə alıb.

Məlumatda raketlərin bölgəyə gecənin ikinci aviareydi zamanı – səhər saat 5 radələrində düşdüyü qeyd olunub.

“Hadisə yerinə gələn mütəxəssislər iki evin, on iki bağ evinin dağılmasını qeydə alıblar. Hadisə yerində başlayan yanğın dərhal söndürülüb. Eyni zamanda mülki ticarət və təsərrüfat obyektləri və 9 yük maşını raket zərbələri nəticəsində zədələnib” – məlumatda bildirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir