Çavuşoğlu: Türkiyənin hər zamankından daha çox sabitliyə ehtiyacı var

“Türkiyənin hər zamankından daha çox sabitliyə ehtiyacı var. Yalnız bölgəmizdə deyil, dünyada da problemlər çoxdur”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

Nazir bildirib ki, seçkilər əslində ölkənin sabitliyi üçün əhəmiyyətlidir: “Türkiyədə seçkilər hər zaman şəffaf olub. Xarici müşahidəçilər də artıq Türkiyədədir”.

Çavuşoğlu CHP rəhbəri Kamal Kılıçdaroğlunun “Rusiya seçkilərə müdaxilə edəcək” iddiasına da münasibət bildirib: “Dünən də Kılıçdaroğlunun belə iddiaları var idi. Əvvəlcədən müdaxilə varmış kimi bir abu-hava yaratmaq qəbuledilməzdir. Biz seçkilərə nə Qərbin, nə də Rusiyanın qarışmasını istəyirik. Qarışa da bilməz. Nəticədə qərarı xalqımız verəcək”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir